Tələbələr ilk dəfə onlayn sınaq imtahanı verəcək

04-02-2015 / 15:01

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən onlayn sınaq imtahanı verə biləcəklər. 

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, bunun üçün istifadəçilər sinaqimtahani.net saytında qeydiyyatdan keçməlidirlər.

Sınaq imtahanın nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir. Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək.

Tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənnlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib. Gələcəkdə isə buraya Azərbaycan mövzusunda imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub.

Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydiyyata alınıb.

“Özünü sına” – ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.

“Özünü sına” onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə