Tələbələr üçün İT Akademiya yaradılıb-Fotolar

11-05-2016 / 14:01

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ-İT Akademiyalarının rəsmi açılışı olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə təsadüf edən açılış mərasimində rektor, professor Mustafa Babanlı professor-müəllim heyəti, tələbələr, eləcə də qonaqlar - Təhsil Nazirlyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov iştirak edib.

Xeberler.az-ın məluamtına görə, akademiyaların yaradılması ilə bağlı fikirlərini bildirən M.Babanlı əsas məqsədin innovativ texnologiyaların təhsilə gətirilməsindən ibarət olduğunu deyib. O,  burada tələbələrin biliklərinin inkişaf etdirilməsi və beynəlxalq sertifikatla təmin edilməklə əlavə imkanların yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Rektor qeyd edib təlimlərdə iştirak edən ən yaxşı tələbələrə sertifikatlar veriləcək. Sertifikat alan tələbə informasiya texnologiyaları bazarı üçün tam yetişmiş bir mütəxəssis olacaq.

Tədbirdə çıxış edən Y.Piriyev İT Akademiyaların fəaliyyəti barədə bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə yeni mühitin yaradılması, mühəndislik üzrə ixtisaslaşan tələbələrin İT üzrə sertifikatlaşması bu günün tələbidir. İşlə təmin olunma faizinə görə ADNSU-nun təhsil müəssisələri arasında ilk pillələrdə dayandığını qeyd edən Y.Piriyev Azİİ-İT klubunun açılışından sonra faiz gözstəricisinin daha da inkişaf edəcəyini vurğulayıb.

Dünya miqyaslı ekspert, Oracle mütəxəssisi, Azercell-in əməkdaşı Kamran Ağayev İT Akademiyaların ali təhsil müsəssisəsində yaradılmasını yüksək qiymətləndirib.

Ekspert qeyd edib ki, universiteti bitirən əksər tələbələrin nəzəri bilikləri çox olsa da, praktik bilikləri kifayət qədər olmadığı üçün İT şirkətlərə müraciət edə bilmir:

“ Bəzən tələbə İT sahəsində təcrübəsi olmadığı üçün İT şirkətlərə müraciət edə bilmir. Bu akademiyalarda  onlara İT mütəxəssislər dərs keçəcək. Müxətlif praktik təlimlər təşkil ediləcək. Bunun da sayəsində onlar müəyyən praktik bilik qazanacaq”.

Kamran Ağayev deyir ki, çox vaxt tələbələr universiteti bitirdikdən sonra təlimlərə gedib, sertifikat alır.  Onun sözlərinə görə, artıq akademiyalarda onlar praktik  bilik qazanmaqla yanaşı, həm də sertifikat əldə edəcək:

“ Bu sertifikatlar onların işlə təmin olunmasına çox yardım edəcək. Mən də tələbələrə  Oracle-dan müəyyən dərslər keçəcəm. Bu sahədə tələbələrlə təcrübələrimi  paylaşacam və müəyyən zaman praktik seminarlar  təşkil edəcəyik”.

 Qeyd edək ki,  mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet Autodesk Academic Resource Center kimi qeydiyyatdan keçirilib və nəticədə rəsmi istifadə imkanı təmin edilib.

Tələbələrin akademiyalara cəlb edilməsi ilə təlimlərin keçirilməsi planlaşdırılır.  İlk dəfə olaraq cari smestrdən tələbələrin seçim üsulu ilə akademiya proqramları çərçivəsində təlimlərdə iştirakı təmin ediləcək.

Artıq prosesin tənzimlənməsi və təlim otaqlarının hazırlanması ilə bağlı işlərə başlanıb.

Akademiyalar çərçivəsində reallaşdırılacaq təlimlər AİST Group şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək. Keçirilmiş təlimlər nəticəsində tələbələrin biliklərinin inkişaf etdirilməsi və beynəlxalq sertifikatlara yiyələnməsi planlaşdırılıb.

Tələbələrin aşağıdakı sahələr üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulub:

Microsoft IT Academy

-Database Fundamentals

-Windows Server Administration Fundamentals

-Networking Fundamentals

-Security Fundamentals

-Software Development Fundamentals

-HTML5 App Development Fundamentals

-Software Testing Fundamentals

Microsoft IT Academy çərçivəsində təlimlərdə iştirak edən tələbələrin beynəlxalq imtahanlarda iştirakını təmin etmək məqsədilə tədris zamanı fəallıq göstərən tələbələrə imtahanda iştirak üçün endirim kuponlarının (voucher) hədiyyə edilməsi planlaşdırılıb.

Oracle Academy

-Database Foundations

-Database Design and Programming with SQL

-Java Fundamentals

-Java Foundations

-Java Programming

-Programming with PL/SQL

Əlavə olaraq yüksək nəticə göstərən tələbələrin iştirakı ilə Oracle Database 11g: Administration Workshop I, Oracle Database: SQL Workshop I proqramlarını əhatə edən təlimlərin təşkil edilməsi nəzərdə tutulub:

 Cisco Academy

-Cisco IT Essentials

-CCNA Routing and Switching

-CCNA Security

-Linux Essentials

Qeyd edilib ki, artıq bütün hazırlıq işləri sona çatıb. İT akademiyaları üçün nəzərdə tutulmuş otaqlar təmir edilmiş, müasir informasiya texnologiyaları və interaktiv lövhə ilə təmin edilib.

İT akademiyalarda göstərilən istiqamətlər üzrə tələbələr qeydiyyatdan keçib.

 Təlim materiallarından asılı olaraq təlimlər 8, 12, 16, və 24 dərsi əhatə edir. 120 tələbənin iştirak etdiyi təlimlər 2-ci smestrdən başlayır və və cari təlimlər iyun ayının sonuna qədər davam edəcək.

Qeyd olunan təlimlər tələbələrdə fundamental biliklərin formalaşdırılması üçün nəzərdə tutulub.  Növbəti tədris ilindən cari təlimləri keçmiş tələbələr üçün daha yuxarı səviyyəli təlimlər təşkil ediləcək.

Bildirilib ki, tələbələrin universitet dərsləri ilə bağlı öhdəliklərini tam icra edə bilmələri məqsədilə təlimlərin əksəriyyəti şənbə günləri keçirilir. Lakin tələbələr laboratoriya işlərini icra etmək üçün boş vaxtlarında Azİİ-İTClub mərkəzindən faydalana biləcək.

Eyni zamanda tələbələrin boş vaxtlarında texniki ədəbiyyatlardan faydalanması məqsədilə artıq texniki ədəbiyyatların toplanmasına başlanıb.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə