Tələbələrin davamiyyəti elektron jurnalla yoxlanılacaq

16-02-2016 / 17:00

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015-2016-ci tədris ilinin ikinci semestrindən tələbələrin dərsə davamiyyəti elektron jurnal vasitəsilə olacaq.

Xeberler.az-ın məlumatına görə, UNEC-də “Keyfiyyət ili” çərçivəsində reallaşdırılanelektron universitet layihəsinin tərkib hissəsi olan elektron jurnalın tətbiqi ilə əlaqədar müəllimlərə təlimlər keçilib. Müəllim şəxsi kabinetindən elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlayacaq. Elektron jurnalda dərsin seminar və ya mühazirə olduğu da avtomatik olaraq göstəriləcək.

Elektron sistem semestrin sonunda tələbənin dərsə davamiyyətini, seminar ballarının, imtahanaqədərki balların hesablanması və kollokviumların nəticələrini də avtomatik hesablamağa şərait yaradacaq. Jurnal ilk olaraq Maliyyə və mühasibat fakültəsi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbivə MBA departamentidə tətbiq olunacaq.

Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.