Tələbələrin kosmik sahəyə marağı artırılır

22-10-2015 / 17:12

Azərkosmos ASC Milli Aviasiya Akademiyası tələbələri üçün Azərkosmos və onun fəaliyyəti ilə bağlı seminar keçirib. Seminarın əsas məqsədi ölkəmizdə kosmik sahədə təhsil alan gənclərin bu sahəyə olan marağını daha da artırmaq, süni peyklərin orbitə buraxılması və idarəolunması haqqında tələbələri maarifləndirmək olub.

Xeberler.az-ın məlumatına görə, seminarda  Akademiyanın kosmik texnika və texnologiyalar, eləcə də digər əlaqədar ixtisaslar üzrə təhsil alan tələbələrinə və müəllim-professor heyətinə  Azərkosmos, Azerspace-1 peyki və onun texniki xüsusiyyətləri haqqında  ətraflı məlumat verilib.

Azərkosmosun texniki əməkdaşları tərəfindən təşkil olunan silsilə seminarlar davamlı olaraq keçiriləcək və əsasən, peyk idarəetməsinin müxtəlif istiqamətlərini əhatə edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə