Tələbələrlə startapçıların görüşü keçirilib

08-12-2015 / 15:54

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  bütün fakültələrinin tələbələri üçün “StartUp nədir” adlı görüş-trening  keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycanda çoxlu sayda uğurlu layihələrin reallaşdırılması ilə tanınan Yüksək Texnologiyalar Parkında , Layihələrə Dəstək və Elmi Potensial şöbəsinin müdiri Ülvi Aslanov  hazırda YTP-ın  layihələrlə bağlı həyata keçirdiyi işlər barədə tələbələrə ətraflı məlumat verib.

O, öz  beynəlxalq təcrübəsindən çıxış edərək  əslində startap nədir, hansı layihələrə startap demək olar və necə startap yaradıb bazarda uğur qazanmaq istiqamətində maraqlı məqamlara toxunub. Bununla bağlı tələbələrin suallarını cavablandırıb.

Eyni zamanda Nettrends, Alkredit layihəsinin rəhbəri Elşad Yusifli  də yaratdığı uğurlu startap layihələrin sirrlərini gənclərlə  paylaşıb.

Elşad Yusifli uğurlu startap yaratmağın yolları barədə ətraflı məlumat verib.

Fatal Fight oyununun qurucusu  kimi tanıdğımız, həmçinin qlobal bazarda daha çox layihələrlə tanınan, hazırda Baku Business Factory-də ( BBF) layihə meneceri vəzifəsində çalışan  Toğrul Səməd öz təcrübəsini tədbir iştirakçıları ilə paylaşıb.

O qeyd edib ki, bu sahədə doğru risklər etmək startap yaratmaq istəyənlərə uğur gətirə bilər.

Toğrul Səməd hazırda məşhur olan Fatal Fight oyununu necə  yaratmağından, bununla bağlı qarşılaşdığı problem və risklərdən danışıb.

O gənclərə daha da inadkar olub, istədikləri ideyanın arxasınca getməyi tövsiyyə edib.  

İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov Fondun həyata keçirdiyi qrant müsabiqələri barədə məlumat verib.

Əkbər Abbasov gənclərə layihələrini Fonda təqdim etmələri barədə diqqət etməli olduqları məqamlar barədə ətraflı məlumat verib.

Fond rəsmisi  müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumat verib.

O qeyd edib ki, gənclər hər zaman Fondla əlaqə yaradıb, istədədikləri suallları ünvanlaya bilərlər.

Əkbər Abbasov hazırda davam edən 3-cü qarant müsabiqəsində AzMİU-nin  tələbələrinin aktivliyindən də danışıb.

O bildirib ki, Fondun  3-cü qrant müsabiqəsinə universitetdən 4 layihə təqdim edilib.

AzMİU-nin Strateji Araşdırma Mərkəzinin rəhbəri Ülkər Səttarova qonaqları universitetdə yeni açılan İnnovativ Biznes İnkubator Mərkəzinin fəaliyyət ilə  tanış edib.

O bildirib ki, Biznes İnkubator başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün startaplara məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır.

Onun sözlərinə görə, Biznes inkubatorun yaradılmasının əsas məqsədi isə gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir.

Ülkər xanım qeyd edib ki,  Mərkəzdə gənclər rahat işləyə bilirlər. Belə ki, Mərkəz tam olaraq texniki təchizatla təmin edilib. 

 

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.