Telefon görənləri heyran edir

21-08-2009 / 10:31

Çinlilərin qarşısında heç kim dayana bilmir. Ən böyük cib telefonu istehsalçısı Nokianın iddialı olduğu N97, bazara çıxdıqdan 3 gün sonra təqlid edildi. Çində bu telefonun eynilə özü olan Nokla N97 çıxdı. Təqlid telefon gerçəyə yaxın görünüşüylə görənləri heyrətə salır.

5 Avqustda yeni məhsullarının təqdimatı üçün Türkiyənin Zaman qəzetinə müsahibə verən Nokianın Türkiyə Müdiri Conor Pierce, “bu cib telefonunu Çin belə təqlid edə bilməyəcək.” demişdi. Təqlid N97-nin rəngli ekranı, cüt kart girişi, 0,3 megapixel kamerası, FM radiosu, mikro SD kart girişi var. Qiyməti isə yalnız 146 dollar. Qwerty klaviaturası da olan telefon, GSM/EDGE networklərini dəstəkləyir.

Çinlilər, eyni firmanın bir başqa modelini də pirat olaraq istehsal etdi. Nokla E81, 180 dərəcə dönə bilən üst qapağı ilə 139 dollara satılır. GSM900/1800MHz network-lərini dəstəkləyən E81-in üst qapağının arxasındakı parlaq səth də ayna olaraq istifadə edilə bilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə