Telefon nömrəsi üzrə axtarış edənlərin sayı açıqlanıb

14-09-2015 / 11:32

Telefon nömrəsi üzrə axtarış sistemi öz aktuallığını saxlayır.

Xeberler.az-ın məlumatına görə, Avqustda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portal üzərindən ən çox istifadə edilən 5 elektron xidmətindən biri “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.
 
Ötən ay bu xidmətdən 66694 dəfə istifadə olunub.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar.
 
İstifadəçilər həmçinin e-xidmət vasitəsi ilə  borclarını onlayn şəkildə ödəyə bilirlər.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə