Telefonunuza bele mesajlar gəlsə ALDANMAYIN

08-10-2018 / 17:11

Azərbaycanda vətəndaşların mobil telefonlarına Daxili İşlər Nazirliyinin adından cərimə mesajları gəlməkdədir. Vətəndaşlara Daxili İşlər Nazirliyinin adından göndərilən bu bildirişlərdə qeyd olunurmuş ki, onlar pornoqrafik məzmunlu saytlara girdikləri üçün 80-120 manat məbləğində cərimə olunublar və telefonlarının bloklanmaması üçün mütləq “Yandex.money”, “Webmoney” və “Qivi” virtual pul kisələrinə terminallar vasitəsiylə cərimələri ödəməlidirlər. Həqiqətən o mesajlar Daxili İşlər Nazirliyi tərəfindənmi göndərilir, yoxsa virusdur?

Xeberler.az  bildirir ki, bununla bağlı millixeber-ə danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bunlar xüsusi insanlar tərəfindən internetdə yayılan viruslardır:
 
“Bu virus müxtəlif saytlarda yerləşdirilir. Həmin saytlara girən kimi belə bir mesaj gəlir. Bu zaman vətəndaşlarımız ehtiyatlı olmalıdır. Kompüterin təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Antivirus vasitəsi ilə yoxlamaq lazımdır ki, başqa problemlər yaranmasın. Daxili İşlər Nazirliyinin cərimələməsi məsələsi tamamilə yalandır. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elekrtron Təhlükəsizlik Xidməti də məlumat yaymışdı. Bu mesajların Rusiyadan göndərildiyi bildirilir. Bu virusların yayılmasında səbəb insanların profillərini və şəxsi məlumatlarını ələ keçirməklə yanaşı bu yolla qazanc əldə etməkdir. İnsanlarımız diqqətli olsunlar. Bu cür bildirişlərə aldanmasınlar. Kompüterlərinin elementar təhlükəsizlik qaydalarına riayət etməkləri vacibdir”. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.