Telegram 8 minə qədər İŞİD hesabını bağlayıb

28-12-2016 / 14:41

Mesajlaşma xidməti Telegram hər ay 2000-dən çox İŞİD-lə əlaqəli hesabın bağladığını açıqlayıb.

Məlum olduğu kimi, adı İŞİD-lə  birlikdə anılmağa başladığından bəri Telegram-ın başı ağrıyır.

Xeberler.az məlumat verir ki, İŞİD üzvləri tərəfindən istifadə edilidiyi ilə bağlı mediada  çıxan xəbərlərə Twitter hesabı vasitəsilə münasibət bildirən şirkət  hər gün  təşkilatla bağlı olam 60-dan çox hesabı bağlandığını elan edib.

Açıqlamada hər ay İŞİD-lə bağlı əngəllənən hesab sayının 2000-dən çox olduğu deyilir. Bununla yanaşı, ISIS Watch adlı əngəllənən bir İŞİD hesabının da linki  atılan tweet-də yer alıb.

Həmçinin, Telegram sentyabr, oktyabr, noyabr və dekabr aylarında bağladığı İŞİD hesablarının statistikasını da paylaşıb. Məlumata görə, sentyabr ayında 1987, oktyabrda 1800, noyabrda 2094 və dekabr ayı üzrə bu günə qədər da 2118  İŞİD hesabı bağlanıb.

Telegram-ın CEO-su və eyni zamanda, sosial paylaşım saytı VK-nın qurucusu Pavel Durov da məsələ ilə bağlı öz rəsmi hesabından bir tweet atıb. O, mediada yayımlanan xəbərlərə münasibət bildirib:

"Bəzi media orqanları Telegram platformasının İŞİD-çilər tərəfindən istifadə edilməsi mövzusunda kifayət qədər cəhd göstərmədiyini və ya da heç bir şey etmədiyini iddia edir. Heç bir şey həqiqətən də bu qədər uzaq ola bilməz”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.