Telekommunikasiya sektorunda 1450 iş yeri yaradılacaq

15-12-2017 / 15:20

İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və birgə “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.

Xeberler.az bildirir ki, konfrans ölkədə innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssis iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında. Ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb.

O əlavə edib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı və telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, innovativ inkişaf üçün ölkəmizdə müvafiq institusional qurumlar yaradılıb, bu prosesə dəstək vermək üçün əlverişli mühit formalaşdırılır.

Onun sözlərinə görə, Strateji Yol Xəritələri ölkəmizin innovativ inkişafının daha da sürətlənməsinə xidmət edir:

“Bu fəaliyyət ölkənin elmi, istehsalat, tədris, iqtisadi və kadr potensialının qarşılıqlı əlaqəsinin güclənməsinə və nəticədə yeni elmi ixtiraların, müasir texnologiyaların və məhsulların, perspektiv həllərin meydana çıxmasına səbəb olacaq”.

Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.