Teleradio İB yayımın yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir

22-12-2009 / 17:35

Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi və yerlərdəki filialları tərəfindən bir sıra işlər həyata keçirilib.

Belə ki, ölkə ərazisində TV və FM radio proqramların yayımının optimal yayıma uyğunlaşdırılması məqsədi ilə AzTV proqramının yayımı üçün Cəlilabad Radio Televiziya Yayım Stansiyasında (RTYS) 500 Vt gücündə Elektronika markalı verici qurularaq istifadəyə verilib. Zaqatala rayonu Danaçı RTYS-də “İdman Azərbaycan” TV proqramının yayımı üçün 1kVt-lıq Kvant-Efir markalı verici, Abşeron rayonu Fatmayı qəsəbəsində isə İTV proqramının yayımı üçün Monza markalı TV verici qurularaq istismara verilib.

Özəl TV proqramların yayım əhatəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilərək Quba RTYS-də və Şəki RTS-də Kvant-Efir markalı, Gülüstan RTVS-də isə Vigintos markalı vericilərlə Xəzər TV proqramının yayımına başlanılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.