Teleradio İstehsalat Birliyi yeni tədbirlər həyata keçirir

22-05-2009 / 13:36

28 may - Respublika Günü münasibətilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Teleradio İstehsalat Birliyi bir sıra tədbirlər həyata keçirib.

Türkiyənin TRT1 proqramının yayım əhatəsini genişləndirmək məqsədilə görülən işlər davam etdirilib, Ağsuda 5 kVt gücündə “Elettronika” tipli TV verici qurularaq istifadəyə verilib.

Özəl radio proqramların yayım əhatəsinin genişləndirilməsi istiqamətində isə Daşkəsəndə Xəzər FM proqramını yayımlayan yeni 1 kVt gücündə Vigintos Elektronika tipli verici quraşdırılıb və istismara verilib.

Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Hərəyə bir ağac əkək” devizi çərçivəsində may ayının 16-da birlik işçiləri Yeni Teleqüllə və ətraf obyektlərin ərazisində təmizlik və abadlıq işləri aparıb, yeni ağac və gül kolları əkiblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə