Teleradio İstehsalat Birliyinin bir qrup əməkdaşı təltif edilib

16-02-2016 / 17:50

Bu gün ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Azərbaycanda televiziya və radio yayımının keyfiyyətli təşkili üçün ən son standartlara cavab verən texniki baza yaradılır.

Hazırda ölkə ərazisində 30-a yaxın dövlət, ictimai, özəl və regional teleradio şirkətlərinin radio-televiziya proqramları keyfiyyətlə yayımlanır. Ölkədə dövlət televiziya və radio proqramlarının əhali üzrə əhatə faizi 100 faiz, ictimai, özəl TV və radio yayımlarının əhatə faizi isə təxminən 75-80 faiz təşkil edir.

Analoq yayıma paralel olaraq ölkə əhalisinin təxminən 99 faizi DVB-T standartlı rəqəmli TV yayımla əhatə olunub.

Xeberler.az-ın məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda televiziyanın yaranmasının ildönümü ilə əlaqədar olaraq Teleradio İstehsalat Birliyinin bir qrup əməkdaşını təltif edib. Təltif edilənlər teleradio yayımı sahəsində uzun illər səmərəli fəaliyyəti ilə seçilənlərdir.

Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərmarka MMC tərəfindən ölkəmizdə radionun fəaliyyətə başlamasının 90, televiziyanın isə 60 illiyi münasibəti ilə yeni poçt markaları dövriyyəyə buraxılıb.

Qeyd edək ki, ölkəmizdə 1926-cı ildən radio, 1956-cı ildən televiziya yayımı həyata keçirilir. Televiziya əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. Bu müddət getdikcə artırılıb, 2005-ci ilin yanvarından isə dövlət televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçib.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə