Teleradio tərəfindən bir sıra tədbirlər görülüb

25-11-2009 / 19:32

Müqəddəs Qurban Bayramı ərəfəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində və onun yerlərdəki filiallarda bir sıra tədbirlər görülüb.
Belə ki, İTV proqramının yayımı üçün Astara rayonunun Giləkəran kəndində 500Vt gücündə və Lənkəran Radio Televiziya Yayım Stansiyasında 800 Vt gücündə səs modulyatorlu vericilər qurularaq istifadəyə verilib.

Bundan əlavə Respublika ərazisində radio-TV stansiyalarında təmizlik və abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib. Eyni zamanda Bakı şəhərində Səbail rayonundakı Bayıl yamacında 550 ədəd iynəyarpaqlı ağac əkilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə