“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016 / 17:47

"2016-cı ilin sonuna kimi Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”.

Xeberler.az bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə ərazisi rəqəmsal yayımla tam əhatə olunub. 

Aparat rəhbəri qeyd edib ki, teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, MTRŞ 2016-cı ildə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin etməlidir. (APA)

Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.

Bildirilmişdi ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılacaq.

Verilən müddət başa çatsa da,  ölkədə hələlik rəqəmsal yayıma  tam keçid müşahidə olunmur. Analoq yayım dayandırılmayıb.

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.