Televiziya gənclər arasında mövqeyini itirir

25-05-2015 / 10:31

“DEFY” şirkəti tərəfindən 13-24 yaşlı tamaşaçılar arasında keçirilən tədqiqatdan məlum olub ki, rəyi sorşulanların 69 faizi rəqəmli texnologiyaların onlara baxmaq istədikləri kontenti verməsini düşünür. Bununla yanaşı, televiziya tərəfdarlarının sayı 56 faiz təşkil edib.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, tədqiqat həmçinin sübut edib ki, bu fikir ümumilikdə tamaşaçıların real davranışına uyğundur. Belə ki, bu nəslin nümayəndələri hər həftə onlayn videoya baxmaq üçün 11,3 saat, sifarişlə videoya baxmaq üçün 10,8 saat sərf edir. Bu, pulsuz birbaşa translyasiya baxışından (6,4 saat) təxminən iki saat, adi televiziya baxışından 8,3 saat çoxdur.

Bu misal bir sıra istiqamətlərə aiddir. Respondentlərin 66 faizi bildirib ki, onlar media kontentinə istirahət etmək istədikləri vaxtda baxır, 47 faiz bu məqsədlə ənənəvi televiziyadan istifadə edir. Rəyi soruşulanların 63 faizi televiziyada, 41 faizi internetdə reklamın çox olmasından şikayətlənib. 13-17 yaşlılar arasında bu rəqəm 66 faizə çatıb.

 

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.