Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015 / 11:05

Video zənglərindən, xüsusilə, uzaqda yaşayan insanlarla əlaqə yaratmaq üçün çox istifadə olunur.

Bu gün  insanlar uzaq məsafələrdə yaşayan yaxınları ilə Skype vasitəsi ilə əlaqə saxlayırlar.

Lakin artıq danışdığınız insanları smartfonlarınızın, kompüterlərinizin  kiçik ekranlarında  görməklə yanaşı,  televizorlarınızın böyük ölçülü ekranlarından da izləyə bilərsiniz.

Bəzən insanlar  bu imkanı  təqdim edən televizorları alsalar da, istifadə qaydalarını bilmədikləri üçün  imkandan yetərincə bəhrələnə bilmirlər.

Xeberler.az olaraq televizorda bu cür zəngləri  etməyin qaydaları ilə bağlı ətraflı məlumat təqdim edirik.

Belə ki, bu cür video zəngləri etmək üçün ilk növbədə sizin ağıllı (Smart) və ya HD televizora və internet əlaqəsinə ehtiyacınız var. Adətən ağıllı televizorları həm kabel, həm də simsiz (Wi-Fi) əlaqəsi ilə internetə asanlıqla qoşmaq mümkündür.

Artıq bir çox  ağıllı televizorlar Skype tətbiqi ilə birlikdə  təqdim edilir.  Əgər bu tətbiq sizin ağıllı televizorunuzda yoxdursa, onu tətbiqlərin yerləşdiyi menyudan tapıb yükləyə bilərsiniz. Skype tətbiqini açdıqdan sonra isə öz hesabınıza daxil olursunuz. Əgər televizorunuzda belə daxil olmaq imkanı yoxdursa, Skype.com veb-səhifəsinə daxil ola bilərsiniz. Öz hesabınıza daxil olduqdan sonra My Account (Mənim Hesabım) bölməsinin altında Account Settings (Hesab Sazlamaları) menyusuna daxil olun, TV and Home Phone (Televizor və Ev telefonu) bölməsində Set up (Quraşdır) düyməsini sıxın. Buradan sizə televizorunuzda Skype istifadə edə bilmək üçün istifadəçi adı və parolla təqdim ediləcək.

 

Video-zəng etmək üçün kameranın olması vacibdir. Bu cür televizorlarda mövcud veb-kameralarınızdan istifadə edə bilməzsiniz.  Son model ağıllı televizorlar adətən quraşdırılmış kameralara sahib olsa da, lakin bəzən əlavə kamera almaq lazım gəlir. Bu zaman diqqət etmək lazımdır ki, aldığınız kamera televizorunuza uyğun gəlsin. Bu cür kameraların qiyməti isə 100 - 120 manat aralığında dəyişir.

Əgər HD televizor sahibisinizsə, sizin də Skype video zənglərindən istifadə etmək imkanınız var. Bunun üçün xüsusi hamısı-birində kameralar mövcuddur. Bu kameranı HDMI portu vasitəsi ilə televizorunuza birləşdirməyiniz  kifayətdir. Daha sonra asanlıqla Skype hesabınıza daxil ola, video zənglərdən istifadəyə başlaya bilərsiniz. Burada əsas problem ondadır ki, bu cür kameraların qiyməti yüksək olur və ölkəmizdəki mağazalarda tapmaq çətindir. Lakin 220 dollardan başlayan qiymətlərlə internetdən TellyHD və Logitech TV Cam HD kameralarını sifariş edə bilərsiniz. Bu kameralar həm internetə qoşula bilir, həm də quraşdırılmış Skype tətbiqi ilə birlikdə gəlir.

 Murad Məmmədzadə 

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.