Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017 / 14:34

Məlum olduğu kimi, Təhsil Nazirliyinin tərəfindən Azərbaycanda ümumitəhsil məktəblər  təmayülləşir. Belə ki, bu günə qədər respublika üzrə 200-ə yaxın məktəb artıq təmayüllü olub. Yerdə qalan məktəblərdə isə hələ bu yenilik tətbiq edilməyib. Ölkənin əksər məktəblərdində tədris ənənvi qaydada həyata keçirilir.
Məlum olduğu kimi Təhsil Nazirliyi tərəfindən təmayül və qeyri təmayül məktəblərdə informatikanın tədrisinə müxtəlif yanaşmalar var.  

Bu günlərdə qeyri təmayül məktəblərdə informatikanın tədris planlarına aydınlıq gətirilib.
Belə ki, Təhsil nazirinin 28.07. 2017-ci il tarixli 226 nömrəli əmrinə 1 nömrəli əlavə edilib.

Xeberler.az məlumat verir ki, adı çəkilən sənəddə Təhsil Nazirliyi 2017-2018- ci dərs ilində ümumitəhsil məktəblərin 1-9-cu siniflər üçün tədris planını açıqlayıb. 

Sənəddə 1-9 siniflər üzrə 1 saat 10 sinifdə 2 saat, 11 sinifdə 1 saat tədris planına əsasən və 1 saat praktik dərslər üçün seçmə siniflərdən götürülüb (əgər kompüter sinfi varsa). Həm də praktika dərslərində sinif 2 qrupa bölünür (şagirdlərin sayı 20 və daha çox olan siniflərdə).

Bir daha qeyd edirik ki bu bölgü adi, yəni təmayül olmayan məktəblər üçündür. Təmayül məktəblərə gəlincə isə Təhsil Nazirliyinin bununla bağlı hələlik təsdiq olunmuş planı açıqlanmayıb.

Xatırladaq ki, ötən il 10-ci sinif kurikulum əsasında dərs keçilmirdi. Ona görə də İnformatikaya 1 saat tədris planında yer verilmişdi və 1 saat əlavə seçmə saatları da daxil olmaqla. Amma əsas nəticə odur ki, keçən il təmayüllü siniflərdə informatika tədris planına salınmamışdı.

Qeyd edək ki, bir müddət öncə təmayül məktəblərdə təhsil nazirin əmri ilə İnfromatika ləğv edilib. Hələ də məsələ ətrafında ciddi müzakirələr davam edir. Belə ki, məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ekspertlər təmayül məktəblərdə İnformatika fənninin tətbiq edilməməsi ilə bağlı narahatlıqlarını bildirir.

Əldə etdiyimiz məlumata görə isə bu ildən İnformatika bütün siniflərdə tədris edilə bilər.

Məsələni gündəmdə saxlayırıq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.