Terminator filminin oyunu artıq Android platformasında

04-06-2015 / 17:44

Çoxlarının hələ də maraqla oynadığı Terminator filmini izləməyən yoxdur. Dəfələrlə izləməkdən bezmədiyimiz Terminator filmi indilərdə Android platformasında istifadəçilərin qarşısına çıxmaq üçün günləri sayır. İyulun 1-də Google Play Store-da nümayiş olunacaq olan proqram indidən böyük maraq oyandırmış kimi görünür və oyunun sosial mediaya yüklənən fraqman isə bu marağı daha da artırır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, qrafika və səs mövzusunda meydan oxuyan Glu Mobile bu oyun ilə çox qısa bir zamanda böyük bir şöhrətə və pula qovuşacaq kimi görünür. Terminator oyununu qısaca izah etməli olsaq, deməliyik ki, qarşınıza çıxan robotları vurursunuz və pul yığaraq özünüzə yeni silahlar və s. təchizatlar ala bilirsiniz. Hər bir növbəti səviyyəyə keçdiyiniz zaman isə oyunun çətinlik dərəcəsi bir o qədər artır və oyuna bir o qədər də bağlanırsınız.

Terminator Google Play Store-da pulsuz olaraq istifadəçilərə təqdim ediləcək.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə