Təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək

05-10-2015 / 11:51

Oktyabrın 10-da Baku Business Factory-nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, forumda dövlət və bir çox yerli aparıçı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və xarici mütəxəssislər iştirak edəcəklər.

Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır. Forum bu istiqamətdə atılan ilk addım olacaq və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq belə forumlar, seminarlar və təlimlər keçiriləcək.

Xatırladaq ki, Baku Business Factory azərbaycanlı iş adamı, Union Grand Energy PTE Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılıb.

BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Tədbirin gündəliyi ilə  buradan tanış ola bilərsiniz.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə