Tesla əsas hədəfinə çatdı- General Motors-u da geridə qoydu

05-04-2017 / 15:56

Ötən gün məlumat verdiyimiz kimi, Tesla-nın  bazar dəyəri mənasında Amerikan avtomobil nəhəngi Ford-u geridə buraxıb.

Belə ki, ötən gün şirkətin Nyu-York Fond Birjasında Tesla-nın səhmləri 7,27 faiz  bahalaşaraq bir lot üçün 298,5 dollara çatıb. Beləliklə, Tesla-nın ümumi bazar dəyəri 48 milyard dollar olub.

Ford-un toplam hissə dəyəri isə 45.4 milyard dollar ətrafındadır.

Onu da qeyd etmişdik ki, Tesla-nın əsas hədəfi Amerikanın ən böyük avtomobil istehsalçısı,  bazar dəyəri təxminən 51.2 milyard dollar civarında olan General Motors-dur.

Tesla artıq əsas hədəfinə də çatdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Tesla-nın bazar dəyəri General Motors-u da keçib.

Bu günə olan məlumata görə, Tesla-nın ümumi bazar payı 53.6 milyard dollara qalxıb.

General Motors-un bazar dəyəri isə 49.80 milyar dollardır.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.