Tesla-nın bazar dəyəri Ford-u keçdi

04-04-2017 / 15:19

Təxminən 13 il əvvəl qarşımıza çıxan elektrik avtomobil istehsalçısı Tesla, bazar dəyəri mənasında Amerikan avtomobil nəhəngi Ford-u geridə buraxdı.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətin Nyu-York Fond Birjasında Tesla-nın səhmləri 7,27 faiz  bahalaşaraq bir lot üçün 298,5 dollara çatıb. Beləliklə, Tesla-nın ümumi bazar dəyəri 48 milyard dollar olub.

Ford-un toplam hissə dəyəri isə 45.4 milyard dollar ətrafındadır.

Qeyd edək ki, Tesla-nın əsas hədəfi Amerikanın ən böyük avtomobil istehsalçısı,  bazar dəyəri təxminən 51.2 milyard dollar civarında olan General Motors-dur.

Xarici mediada iddia edilir ki, firma yaxında bu istəyinə də çata bilər.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.