Teslanın yeni zavodu ildə 500 min avtomobil istehsal edəcək

12-07-2018 / 13:46

Tesla uzun illərdi Çində avtomobil zavodunun açılışını reallaşdırmaq üçün danışıqlar aparırdı. Artıq tərəflər arasında razılıq əldə olunubdu. Belə ki, yeni zavod Çinin Şanxay şəhərinidə açılacaq. Bu zavod ildə təxminən 500 min avtomobil istehsal etməyi hədəfləyir. Layihənin reallaşdırılması ilə bağlı müqavilə də imzalanıb.

Xeberler.az xarici mediaya istinad edərək bildirir ki, şirkət keçən il Çində 103 min avtomobil satışından 2 milyard dollar gəlir əldə edib. Bu səbəbdən şirkət böyük satış potensialına görə həm ucuz qiymətlərlə avtomobil satmaq, həm də əlavə vergilərdən qaçmaq üçün növbəti zavodu Şanxayda açmağı qərara alıb.

Qeyd edək ki, ABŞ və Çin arasındakı iqtisadi mübarizə əlavə vergilərlə bağlı qərarların qüvvəyə minməsi ilə yekunlaşdı. Beləki, Amerikanın avtomobil istehsalçısı olan Tesla yeni qərara əsasən Çinə göndəriləcək avtomobillərə görə 40% əlavə vergi ödəməli olacaqdı. Bu səbəbdən Tesla Çinə ixrac olunan avtomobillərə 20% qiymət artımı tətbiq etməli olurdu.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə