Texniki məsələlərin tam həllindən sonra metroda WiFi qurula bilər

15-04-2019 / 10:11

Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır.

Xeberler.az  məlumat verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq.  “WiFi” sistemini tezliklə  həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yükəsk Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, - deyə E.Məmmədov əlavə edib.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.