Texniki Universitetdə mobil rabitə laboratoriyası açılıb-Foto

14-04-2016 / 20:22

Ali təhsil müəssisəsiləri arasında  ilk dəfə olaraq mobil rabitə laboratoriyası Azərbaycan Texniki Universitetində (AzTu)  müasir texnikalarla təmin olunan GSM laboratoriyasının açılışı olub.

Universitetin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə,  Azerfon MMC və Azərbaycan Texniki Universiteti arasında imzalanmış birgə fəaliyyət müqaviləsi çərçivəsində istifadəyə verilən laboratoriyanın açılışında AzTU-nun rektoru, professor Havar Məmmədov, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Nar Mobile Şirkətinin Şəbəkə İstismarı üzrə Direktoru Şükür Məmmədov, eləcə də Universitetin müəllim və tələbə heyəti iştirak edib. 


Universitetin rektoru  Havar Məmmədov laboratoriyanın tələbələrə birbaşa istehsalla tanış olmaq, peşənin sirlərini əyani olaraq öyrənmək imkanı verdiyini deyib:

"Biz təhsil aldığımız dövrdə texnika və texnologiya bu səviyyədə inkişaf etməmişdi. Ona görə də biz sadə avadanlıqlarla işləmək məcburiyyətində idik. Amma indi bu avadanlıqlar tələbələrə nəzəri bilikləri təcrübəyə tətbiq etmək imkanı yaradır. Bu laboratoriya tələbələrimizə GSM avadanlığının istismarı, daxili GSM şəbəkəsinin yaradılması və ona nəzarət kimi xüsusi biliklərə yiyələnmək fürsəti verəcək”.

Şükür Məmmədov isə bildirib ki, Nar Mobile Şirkəti tərəfindən bu cür bahalı avadanlıqların Universitetə hədiyyə edilməsi təsadüfü deyil. O, Nar Mobile şirkətinin əməkdaşlarının böyük əksəriyyətinin Azərbaycan Texniki Universitetinin məzunları olduğunu vurğulayıb. 
Daha sonra laboratoriyadan əyani olaraq istifadə edilib. Şəbəkə İstismarı üzrə mütəxəssislər laboratoriyadakı avadanlıqlar vasitəsi ilə iki mobil telefonun bir-biri ilə lokal şəbəkə vasitəsi ilə əlaqəsini qurub.

Rektor Havar Məmmədov Nar Mobile əməkdaşları ilə ilk telefon əlaqəsini həyata keçirib.

Fəaliyyət planına əsasən həmçinin Nar mobil operatorunun peşəkar texniki işçi heyəti tələbələr üçün təlim kurslarının və seminarların keçirilməsini də təmin edəcək.

Tədris mərkəzində mobil rabitə sahəsinə dair təlim dərsləri “LTE - mobil rabitənin yeni nəsli”, “İMS və NGN texnoklogiyası”, “İnternetə naqilsiz daxilolma texnologiyaları” “Mobil rabitə şəbəkələrinin tezlik-ərazi planlaşdırılması” və “Mobil rabitə şəbəkələrində xidmət keyfiyyəti” mövzularını əhatə edəcək.

Təlimlərdə fərqlənən tələbələrə müxtəlif mükafatlar, təqaüdlər veriləcək və həmin tələbələr içərisində fərqlənənlər gələcəkdə Azerfon MMC şirkətində işləmək imkanı qazanacaq.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə