Texnologiya nəhəngləri təmiz enerji sahəsinə 1 milyard ayırır

12-12-2016 / 12:59

Bill Gates texnologiya sənayesinə liderlik etməyə davam edir.

Məlumat verdiyimiz kimi, ilk dəfə ötən il Parisdə Gates tərəfindən elan edilən təmiz enerji layihəsi texnologiya sektorunun öndə gələn adlarıyla birlikdə həyata keçirildi.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, içərisində Bill Gates, Hasso Plattner və Alibaba-nın rəhbəri Jack MA-nın da olduğu 20 investor tərəfindən dəstəklənən Breakthrough Energy Ventures bu gün etibarilə rəsmi olaraq elan edilib.

Karbon qarşığı olmayan bir gələcək hədəfləyən Breakthrough Energy Ventures qarşıdakı  20 il boyunca təmiz enerji sahəsində çalışacaq şirkətlərə ümumi 1 milyard dollardan çox investisiya ayıracaq.

Gates açıqlamasında  BEV-nin məqsədininetibarlı, uyğun qiymətə və təmiz enerji təqdim edəcək şirkətlər qurmaq olduğunu deyib.

Elektrik, istehsal, kənd təsərrüfatı, nəqliyyat və ağıllı binalar mövzusunda investisiya etməyi məqsəd qoyan BEV bu sahələrə ayrıcağı sərmayələrlə birlikdə atmosferə atılan istixana (parnik) qazlarını azaltmağı hədəfləyir.

Həm kiçik, həm də ticarət ilə məşğul olmaq istəyən şirkətlər üçün böyük investisiyalar ayıracaq Breakthrough Energy Ventures təmiz gələcəküçün atılmış əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.