Texnologiya sahəsinin qaranlıq sirrləri

06-04-2015 / 11:33

Texnologiya sahəsi dünyada ən böyük sahələrdən biridir. Ancaq bütün digər sahələrdə olduğu kimi, texnologiya sahəsində də şirkətlərin çox gizli, qaranlıq sirrləri vardır. Təbii ki, texnologiya şirkətləri də bir ticarət mərkəzi sayılır.

Texnologiya sahəsi, bu gün dilə gətirilməyən, heçdə xoş olmayan qaranlıq sirrlər saxlayır. Bəhs edəcəyimiz vəziyyət və hadisələr, təbii ki bütün şirkətlərə aid deyil. İşini düzgün yerin yetirən  işçilər və şirkətlər təbii ki var. Amma unutmayın; bəhs edəcəyimiz mövzuların altında real hadisələrdə var.

 Bir neçə proqram və ya mobil tətbiqi istifadə etməyə başladığınızda, bir çox problemlərlə qarşılaşa bilərsiniz. Proqram yazan şirkətlər qısa müddət sonra bu problemlərin aradan qaldırılması üçün yenilənmə təqdim edər. Ancaq o yeniləmə problemləri ilk mərhələdə aradan qaldırsada sonradan başqa problemlər də ortaya çıxar. Bu sonsuz yenilənmənin səbəbi, bazarda problemsiz bir proqram yaza biləcək qədər mükəmməl bir proqramçının olmamasıdır. Proqramın inkişaf prosesi çox bahalı bir prosesdir və proqramçıların çoxu da bilik cəhətdən zəif nöqtələrə malikdir. Kodun daxilində çox vaxt açıqlar qalır və sonra o açıqları aradan qaldırmaq üçün yeni yeniləmə təqdim olunur.

 Bəlkə də proqramçılar kodu kifayət qədər uzun müddət nəzarət edib yoxlasalar açıqlar ortaya çıxa bilər, ancaq iş uzandıqda xərc də uzandığından proqramları bir səviyyədə yazıb pul qazanma arxasınca qaçarlar. Beləliklə də ortaya çıxan problemləri də yamayaraq düzəltməyə çalışırlar.

 Xüsusilə oyun dünyasında bu kimi firmaları görə bilərsiniz. Oyun firmalarının bir məqsədi də piratın qarşısını almaq üçün xarab oyun bazara çıxartmaqdır. Oyun bazara çıxdığında qəsdən xarab, problemli çıxardırlar. Xakerlər bu xarab oyunu qırıb pirat oyun sevənlərə təqdim  edərlər, amma oyunda çoxlu viruslar vadır. Oyun firması yeni paketlə problemi düzəldər ancaq pirat oyun sahibləri bu paketləri yükləyib oyunlarını düzəldə bilməz. Xakerlərin yeni paketləri qırmalarını gözləyərlər, lakin bu uzun müddət olduğundan o qədər darıxdırıcı hala gəlir ki, insanlar sonunda yorulub, oyunu tam rahat oynamaq üçün originalını almağı qərar verirlər.

 Beləliklə də, oyunu çıxdığı gün alıb problemlərlə rastlaşan alıcılar, firmaların xakerlərlə yaşadığı çirkin döyüşün qurbanı olurlar.

Texnologiya sahəsi, digər bir çox sahədə olduğu kimi, gəncləri hədəf alan, gənclərin cibindəki pula göz dikmiş bir sektordur. Hər il yenidən İPhone alan, hər ay mobil telefonlarına yüzlərlə manat faktura ödəyən, hər il yeni bir texnoloji məhsul alan alıcılar məhz gənc alıcılardır. Bu gənc alıcılara məhsul satmaq istəyən sahədə gənc işçiləri seçər.

 Əgər yaşınız 40-ı keçmişsə, yəqin ki, işinizi itirmək ərəfəsindəsiniz. Çünki yeni çıxan texnologiyaları anlamaq, inkişaf etdirmək, üzərində çalışmaq üçün gənclərin işinə ehtiyac duyan texnologiya sənayesi işindən başqa bir şey düşünməyən və yalnız texnologiya ilə maraqlanan,  kod dilində danışan gənclərə ehtiyac duyurlar. 40 yaşı keçdiyinizdə artıq sizi işdən çıxarda bilərlər. 50 yaşdan sonra isə demək olar ki, çox az mühəndis, texniki adam, proqramçı şirkətlərdə işləyir. Bu insanlar əgər şanslıdırlarsa, işləyərkən yığdıqları pullarla öz şirkətlərini açıb pul qazanmağa davam edə bilərlər, şanssızlarsa təqaüdçü olub az gəlirlə yaşamağa məhkum olurlar.

Ağasəf Haqverdiyev

                                                                                        


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.