Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017 / 17:35

Azərkosmos ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında Kosmik Müşahidə peyk xidmətlərindən istifadə” edilməsinə həsr olunmuş tədbir zamanı Anlaşma Memorandumu imzalanıb.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, memoranduma əsasən, hər iki qurum arasında əməkdaşlıq Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın təsvirlərindən istifadə etmək olacaq.

Belə ki, bu, torpaqların elektron kadastr uçotu məlumatlarının, habelə torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumat bazasının periodik yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqların təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin tədqiqi  üzrə monitorinqlərin  aparılması, torpaq  ehtiyatlarının  mühafizəsi, torpaqların  eroziyasınin və  səhralaşmanın analizi  (spektral analizlər) sahələrini əhatə edəcək.

İlham Əliyev tərəfindən Azərkosmos  qarşısında Azersky peykindən istifadə etməklə ölkəmiz üçün yeni imkanlar və inkişaf perspektivlərinin yaradılması hədəfi qoyulub. Azərkosmos”ASC bu istiqamətdə müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir və ƏMDK ilə əməkdaşlıq bu siyahıda mühüm yer tutur.

Qeyd edək ki, torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlanıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində Azərkosmos ASC ƏMDK-ya stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb, çöl işləri yerinə yetirilib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yenilənməsi üçün istifadə olunub. 
 

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.