TQDK-dan yüksək bal toplayanlar üçün yeni layihə

17-08-2016 / 15:11

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında yüksək bal toplayan şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək.

TQDK-dan Xeberler.az-a  verilən məlumata görə, layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyə qədər keçirilən qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də 1999-cu ildən çap olunan “Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc olunan şəxlər haqqında məlumatlar yerləşdirəcək.

Komissiyadan bildirilib ki, məqsəd yüksək bal toplayan gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə yüksək bal toplayan gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq.

Məlumata görə, yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailliyyətlərinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.

Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat veriləcək.

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzaladı. Bundan sonra TQDK Dövlət İmtahan Mərkəzi (DİM) adı altında fəaliyyətə başladı.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə