TQDK imtahan rəhbərləri və zal nəzarətçilərini yoxlamağa başlayıb

06-05-2015 / 15:06

TQDK imtahan rəhbərləri və zal nəzarətçilərinin təlimat qaydalarını mənimsəmə səviyyəsinin onlayn yoxlanılmasına başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahan prosesinin idarə olunmasına imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin seçilməsi, onların üzərinə düşən vəzifələrin yerinə yetirmə bacarığının yoxlanılması, peşəkarlığının artırılması, imtahan təlimatını dərindən mənimsəmələrinə stimulaşdırılması məqsədilə imtahan keçirir.

Komissiyanın mətbuat ximdətindən Xəbərlər-ə verilən məlumata görə, qurumun rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına vaxt məhdudiyyəti tətbiq edilmir. 

Suallar imtahan prosesini əks etdirən təlimatlar əsasında hazırlanıb. İmtahan rəhbərləri və nəzarətçilərin bir daha tanış olmaq imkanlarının olması üçün hər bir imtahan növü üzrə təlimatlar sistemdə yerləşdirilib.

İmtahanda TQDK-nın müvafiq bazasına daxil edilmiş 950 nəfərə yaxın imtahan rəhbəri, 14440 nəfər zal nəzarətçisi iştirak edəcək.


Məlumat üçün bildirək ki, imtahan rəhbərləri TQDK tərəfindən ali və orta ixtisas təhsili müəssisələrində, müxtəlif dövlət orqanlarında və Azərbaycan Milli Elmlər Akademiyasında pedaqoji və məsul vəzifələri icra edən şəxslər arasından seçilirlər. Zal nəzarətçiləri isə orta ümumtəhsil müəssisələrindən dəvət olunurlar. Həmin şəxslərlə seminar-məşğələlər təşkil olunur, onlara imtahan zamanı istifadə olunan sənədlərlə işləmə qaydaları, zalda abituriyentlərin idarə edilməsi üsulları izah olunur, imtahan prosesinin keçirilməsinə həsr olunmuş video-rolik nümayiş etdirilir. Həmin şəxslər daha sonra təlimata uyğun təcrübə və səriştə əldə etmələri üçün onlar əvvəlcə sınaq imtahanlarına cəlb olunur, sonra qəbul imtahanlarında iştirak edirlər.  

Məltəm Talıbzadə 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.