Trend Topik nədir və necə edilə bilər?

16-01-2015 / 13:45

Son zamanlarda Twitter istifadəçilərinin artması ilə birlikdə yeni bir anlayış da həyatımıza daxil oldu.

Trend Topic yəni aktual mövzular mənasını verən TT, Twitter səhifəsində gündəm başlığı adı altında olar və davamlı dəyişər.Bir mənada Twitterin o andakı gündəmi deməkdir.

Bir mövzunun Trend Topic ola bilməsi üçün nələr lazımdır?

Əvvəlcə mövzunun Trend Topic olması üçün minlərlə fərqli adamın o mövzuda tvit atması lazımdır. Yəni eyni adamın 100 dəfə tweet atması mövzunu Trend Topic siyahısında zirvəyə çıxarmağa çatmaz. Hətta Twitter hesabınızın bir müddətə dondurulmasına belə səbəb ola bilər. Burada əhəmiyyətli olan nə qədər fərqli adamın o mövzuda tvit atdığıdır.

Dəyişdir düyməsinə basaraq ölkələrə görə trend olmuş mövzuları görə bilməniz də mümkündür. Edilən araşdırmalar görə sual cümləli tvitlərin Trend Topic olma şansı daha çoxdur.Ayrıca tvitin içində əvvəldən Trend Topic siyahısında yer almış bir cümlə olduqda belə tviti trend etmək olmur.

Trend yaratmaq üçün Twitter təqib və təqibçilərinizin müəyyən bir limitə çatmış olması lazımdır. Pisləyici, alçaldıcı, insanlarda nifrət duyğusu oyandırıcı mövzular isə Twitter tərəfindən maneə törədildiyi üçün siyahıya girmə şansı heç yoxdur.

Elmin Bayramlı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.