“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016 / 12:20

"Bakı və Abşeron ərazisində Türkiyənin TRT 1 televiziya kanalının rəqəmli yayımının həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır və qısa zamanda kanalın yayımı bərpa olunacaq".

Xeberler.az məlumat  verir ki, bu barədə Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı"nın (TİKA) Bakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, əvvəldən TRT 1-in Azərbaycan ərazində yayımının həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio İB) arasında müqavilələr olub. Telerdio İB ilə olan müqavilə TRT 1-in analoq yayımını təmin edib: "Bakı və Abşeronda rəqəmli televiziya yayımına keçilib. Buna görə də hazırda TİKA ilə Teleradio İB arasında müqavilə layihəsi üzərində iş gedir. Yazışmalar aparılır. Qısa zamanda televiziyanın yayımı ilə bağlı yaranmış problem həll olunacaq".

TİKA-dan o da bildirilib ki, ölkədə rəqəmli televiziya yayımına keçiləcəyi ilə bağlı bu ilin oktyabr ayında Teleradio İB tərəfindən TİKA-ya məlumat daxil olub. (Report)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.