Türkiyə ballistik raketini sınaqdan keçirib

26-03-2018 / 17:45

Türkiyədə Gökdoğan və Bozdoğan adlı ilk yerli ballistik raketlər uğurla sınaqdan keçirilib.

Xeberler.az Report-a istinadən məlumat verir ki, raketlərin sınaq buraxılışı Sinop şəhəri ərazisindəki hərbi poliqonda baş tutub.

Sınaq zamanı mütəxəssislər tuşlama sistemi söndürüldükdən sonra raket mühərrikinin imkanlarını qiymətləndiriblər.

Həmçinin sınaq proqramına əsasən, Türkiyə 2018-ci ilin son rübündə hərəkətdə olan hədəfin vurulması üçün raketin yer qurğusundan və təyyarədən buraxılışını həyata keçirmək niyyətindədir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə