Türkiyə startap sahəsinə 15 milyon dollar yatırım edildi

06-10-2015 / 13:57

San-Fransiskoda başlanğıc mərhələsindəki startaplara dəstək olan yatırım şirkəti  “500 Startups bir müddət öncə Türkiyədə yatırım komandasını təşkil etdi.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu fəaliyyətin ardınca  şirkət Türkiyə üçün 15 milyon dollarlıq  fond ayırıb.

“500 İstanbul adı ilə tanınacaq  fondun  yaxın illərdə 100 startap  layihəsi hazırlayacağı iddia edilir.

Qeyd edək ki, “500 Startupsın Türkiyəyə  ayırdığı bu fonddan əvvəl  yatırımları arasında Connected2.me, Adphorus,Udemy, MObileAction və Kodinq  kimi Türkiyə ilə əlaqəli startaplar yer alıb.

Türkiyəli İT mütəxəssislər hesab edir ki,  bu yatırım olmamışdan əvvəl Türkiyənin startap ekosistemi o qədər də ürəkaçan deyildi. Onlar hesab edir ki,  15 milyon dollarlıq  fond həm startaplar,  həm də dünyada məşhur investorları Türkiyə bazarına  cəlb etmək baxımından uğurlu olacaq.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.