Türkiyə texnologiya sahəsində beynəlxalq konfransa hazırlaşır

06-06-2015 / 20:18

Avqustun 4-dən 7-dək Türkiyənin Antalya şəhərində qabaqcıl texnologiya və elmlər üzrə beynəlxalq konfrans (International Conference on Advanced Technology and Sciences – ICAT’15) keçiriləcək.

AMEA-nın Texnologiyalar İnstitutundan Xeberler.az-a verilən məlumata görə, , “ATScience” akademik nəşriyyat qrupu, Türkiyənin Səlcuq və Qazi universitetləri tərəfindən təşkil olunan konfransda kompüter, elektronika və energetika sahələri üzrə aparılan elmi-tədqiqatların son nəticələri təqdim ediləcək.

ICAT’15 müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərə işgüzar əlaqələrin yaradılması və qlobal tərəfdaşların tapılması, həmçinin təcrübə və yeni ideyaların mübadiləsi üçün geniş imkanlar verir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə