Türkiyədə ilkin mərhələdə olan startaplar üçün yeni təkan

16-02-2016 / 11:08

Türkiyədə erkən mərhələdə olan startapların sərmayə qıtlığına son qoymaq  üçün yeni yatırım fondu yaradılıb.

Xeberler.az Türkiyə mediasına istinadən məlumat verir ki, Türkiyə Odalar və Birjalar  Birliyi  (TOBB) ilə  Xəzinə Müşavirliyinin birgə fəaliyyəti nəticəsində  Türkiyə İnvestisiya Fondu ölkədə ilkin mərhələdə olan startaplara yatırım etmək üçün ilkin mərhələdə 150 milyon TL-lik  fond ayırır.

Bununla da Türkiyə İnvestisiya Fondu gələcək onildə ölkənin iqtisadiyyatına yeni məhsul və  texnologiya sahəsinə fayda verəcək startap layihələrini dəstəkləməyi hədəfləyir.

Fondun dəyərinin qarşıdakı iki ildə 250 milyon TL-yə yüksələcəyi planlaşdırılır.

Qeyd edilib ki, Türkiyə İnvestisiya Fondundan yararlanmaq istəyən hər startap layihəsinə məhsullarını inkişaf etdirmək üçün dəstək göstəriləcək.

Beləliklə, fond sahibkarlıq sərmayəsi fondlarının, sürətlə böyüyən texnoloji startapların həm layihələrini inkişaf etdirib investor tapmalarına, həm də “know-how “ təcrübəsini öyrənib geniş əlaqə qurmaları baxımından faydalı olacaq.

Türkiyə İnvestisiya Fondu 5 il içində edəcəyi sərmayələrlə bu sahədə fond sayını 10-na çatdırmağı hədəfləyir. 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.