Türkiyənin internet və texnologiya sahəsinə 1 milyard dollar yatırım edilib

09-01-2016 / 10:53

2015-ci  il Türkiyədə texnoloji və internet  yatırımları baxımından ən hərəkətli il olub.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Türkiyədə 2015-də  ümumi olaraq 16,4 milyard dollarlıq 245 birləşmə və satınalma (M&A)  əməliyyatı həyata keçirilib.

Deloitte-un Türkiyə bazarında şirkətlərin birləşməsi və satın alınmasının  illik  həcmini analiz edən Annual Turkish M&A Review 2015-in hesabatını açıqlayıb.

Hesabata görə, 2015-ci ildə xarici yatırımçılar Türkiyəyə böyük maraq göstərib. Belə ki, əvvəlki ilə nisbətən onlar yatırım həcmini yüzdə 44 artıraraq 11, 5 milyarda çatdırıb.

Xarici investorların ən çox yatırım etdiyi sahələr isə 3 sektor olub-  maliyyə servisləri, enerji və media.

Deloitte-un hesabatında bu il internet və texnologiyalar sahəsində 37 layihə diqqət çəkib.

Yatırım edilən sektorlar arasında e-ticarət daha çox diqqətdə olub.

Yemeksepeti və Avea 

Türkiyədə internet və texnologiya sahəsində ötən il ən böyük satınalma  Delivery Hero tərəfindən  Yemeksepeti-nin 589 milyon dollara alınması olub.

Həmçinin Türk Telekom Avea-nın yüzdə 10-nu 323 milyon dollara alaraq ilin ən böyük 9-cu satınalma fəaliyyətini həyata keçirib.

Siyahıda öndə olan yatırımlar sırasında  ötən il Türkiyədə fond yaradan  500 Startups-dan ilk yatırım alan  Adphorus olub. 

 Zomato-un Mekanis-i  satın almasıyla  Türkiyə bazarındakı yerini möhkəmləndirib.

Bununla yanaşı,  Digitürk və bir müddətdir  ki, bağlanacağı müzakirə edilən CNBC-e-nin satışları media sektorunda diqqət çəkən yatırım olub.

Dəyəri açıqlanan və açıqlanmayanları da  hesablayaraq  ümumi yatırım  həcminin 1 milyard dollara yaxınlaşdığı qeyd edilib. 

Hesabatla bağlı daha ətraflı burada.

Qeyd edək ki, 2014-də dəyəri açıqlanan  ümumi yatırım həcmi 150 milyon dollar olub.

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.