Twitter artıq müəllif hüquqlarını qoruyacaq

28-07-2015 / 15:55

Saytdakı materialların icazəsiz istifadəsinin qarşısını almağı hədəfləyən Twitter yeni proqram yaradıb. Proqram sayəsində oğurluq tvitlərin qarşısı alınacaq və həmin tvitlər silinəcək.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, belə ki, Twitter istifadəçisi başqa bir istifadəçinin paylaşımını oğurladığı təqdirdə proqram bunu müəyyən edəcək və həmin istifadəçinin paylaşdığı tvit açılmayacaq.

İstifadəçiyə müəllif hüquqlarını pozduğu üçün bildiriş göndəriləcək.

Saytda istifadə edilən materialın müəllif hüququnun kimdə olduğunu müəyyən etmək isə mərhələli şəkildə Twitter rəhbərliyi tərəfindən araşdırılacaq.

İstifadəçiləriniə 140 simvol həcmində yazmağa imkan verən Twitter , gələn şikayətləri nəzərə alaraq bu layihəni həyata keçirib. Twitter rəhbərliyi, bunu müəllif hüquqlarını qorumaq üçün həyata keçirəcəyini açıqlayıb.

Twitter rəhbərliyi şikayət olunan istifadəçiyə öz hüquqlarını müdafiə etmək üçün  10 gün vaxt məhdudiyyəti tətbiq edir. 

Twitterin yeni siyasətinin daha çox sayt üzərindən yayımlanan video və şəkillərin müəllif hüquqlarını qorumaq üçün həyata keçirildiyi bildirilir.

 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə