Twitter bu yay nə ilə yadda qaldı?

23-09-2015 / 11:46

Dünyada istifadəçilərinin sayı artmaqda davam edən Twitter sosial şəbəkəsi bu yay bir çox məşhurların tweet-ləri ilə yadda qalıb.

Xeberler.az həmin tweet-ləri təqdim edir. 

ABŞ prezidenti Barak Obamanın eynicinslilərin evliliyinə dəstək verməsi, şahzadə Charlottenin dünyaya uşaq gətirməsi, məşhur türkiyəli futbolçu Arda Turanın Barcelona klubuna transfer olduqdan sonra Messi ilə selfiesi bu yay Twitter-in ən yaddaqalan hadisələri olub.

Prezident Barak Obamanın Twitter-də 64.2M  izləyicisi var. Barak Obama isə   640 min Twitter hesabını izləyir.

Obama bu günə qədər 14 min tweet paylaşıb.

Barak Obamanın eynicinslilərin evliliyinə dəstək verməsi ilə bağlı atdığı tweet -i 454 min 38 dəfə retweet edilib. Favorite edənlər isə 434 min 864 olub. 

İngiltərə kral ailəsinə məxsus olan Twitter hesabı Kensington Palace-ı 561K Twitter hesabı izləyir. Kensington Palace-ın izlədiyi Twitter hesablarının sayı isə  334-dür. Şahzadə Charlottenin dünyaya uşaq gətirməsi ilə bağlı atdığı tweet 36 min 690 retweet, 47 min 15 favorite alıb. 

Arda Turan

456K izləyicisi olan məşhur sadəcə 89 hesabı izləyir. Arda Turan indiyə qədər 218 tweet paylaşıb.

Arda Turanın transfer olduqdan sonra Messi ilə selfiesi isə 5 min 268 retweet, 8 min 411 favorite alıb.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə