Twitter-dan daha bir yenilik

06-01-2015 / 10:24

Twitter sosial şəbəkəsi istifadəçilərinin platformaya 10 dəqiqədən uzun olmayan videoları yükləyə biləcəyini açıqlayıb.

İstifadəçi sayını artırmaq üçün müxtəlif layihələr üzərində çalışan Twitter video xidmətini istifadəyə verməyə hazırlaşır.

Mikrobloq 10 dəqiqədən uzun olmayan MP4 və MOV formatındakı videoların yüklənməsinə icazə verəcək.

Keçən günlərdə aktiv istifadəçi sayında Instagram-ın gerisində qalan Twitter  "While you were away" adlı yeni xüsusiyyətini istifadəyə vermiş və istifadəçilərinə platformada edilən paylaşımların xülasəsini təqdim etməyə başlamışdı.

Bir həftədə 2 yeni xüsusiyyəti istifadəyə verən Twitter-in sosial media istifadəçiləri arasındakı məşhurluğunu artırıb-artıramayacağı maraqla gözlənilir.

 Jalə Şahinqızı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.