Twitter-də 360 dərəcə videolar dövrü başlayır

03-06-2016 / 10:21

YouTube Facebook-dan sonra Twitter də 360 dərəcə videoları dəstəkləməyə başlayır.

Xeberler.az  xarici mediaya istinadən məlumat verir ki, uzun müddətdir rəsm, GİF və video dəstəyi təqdim edən Twitter-də artıq 360 dərəcə video dövrü başlayır.

Qeyd edilib ki, bu videolar Twitter-in həm masaüstü, həm də mobil versiyasında dəstəklənəcək.

Məlumatda platformada yayımlanacaq 360 dərəcə videoların özəlliklə Samsung Gear 360 adılı kamera ilə çəkiləcəyi vurğulanıb.

Bu da Twitter və Samsung əməkdaşlığının bu sektordakı əhəmiyyətinin göstəricisidir.

360 dərəcə videolarda kameranı fırladan tamaşaçı bilavasitə hadisələrin iştirakçısına çevrilir və videonu görmək istədiyi rakursu özü müəyyən edir.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə