Twitter-də canlı yayım dövrü başladı

17-12-2016 / 11:29

Artıq Twitter istifadəçiləri Periscope-a qoşulmadan canlı yayım edə biləcək.

Ötən il Periscope ilə platformada  birbaşa olaraq canlı yayım xüsusiyyəti təqdim edən Twitter artıq birbaşa olaraq öz tətbiqində da istifadəçilərə canlı yayım dəstəyi verəcək.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, bir müddətdir elan edilən yeni xidmət artıq istifadəyə hazırdır.

Beləliklə, artıq tweet-lərinizi yazacağınız ekranın alt qisimində “Canlı” yazılan hissəyə basdığınızda funksiya ekranınıza gələcək və canlı yayımınız  həm Twitter, həm də Periscope istifadəçiləri tərəfindən görüləcək.

Periscope-da olduğu kimi yayımı izləyənlər şərh edə biləcək və ürək göndərəcək.

Yenilik həm Android, həm də iOS istifadəçiləri üçün təqdim edilib.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.