Twitter-dən daha bir yenilik

13-01-2016 / 12:26

Twitter canlı yayım tətbiqi  Periscope ilə bağlı məlumat paylaşıb.

Şirkət Periscope üzərindən edilən canlı yayımları birbaşa Twitter-in zaman tunelinə gətirib.

Xeberler.az Twitter-ə istinadən məlumat verir ki, şirkət Periscope üzərindən canlı yayım xidmətini  ilk olaraq  iOS  istifadəçiləri üçün təqdim edib.

Qeyd edilib ki, yaxın vaxtlarda Twitter- i telefondan və veb-dən istifadə edən hər kəs xidmətdən istifadə edə biləcək.

Twitter-in bu yeniliyi ilə  Periscope videoları  xəbərlər bölməsində digər videolar kimi  bağlı olduğu tweet-in altından avtomatik açılır.

 Periscope canlı yayımlarla  yanaşı, bu yayımların keçmiş görüntülərini də əhatə edir. Yəni,  Periscope videolarını izləmək istəyən Twitter istifadəçilərinin  ayrı bir tətbiq yükləməsi və  Periscope-də  qeydiyyatdan keçməsinə ehtiyac qalmır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə