Twitter-dən yeni funksiya

24-03-2015 / 14:39

Twitter artıq videoların və GIF formatındakı vizual şəkillərin  avtomatik formatda baxılacağını açıqladı.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Twitter həm video reklam modelinin, həm də artıq istifadəçilər tərəfindən də videoların yüklənməsini və paylaşılmasını tətbiq edəcək bir funksiyaya keçməyə başladı.

Bu sosial şəbəkəyə yüklənən videolar, GIF formatındakı şəkillərVine videoları da avtomatik olaraq Twitter səhifənizdə avtomatik olaraq başlayacaq. İstifadəçilər istəklərinə görə parametrləri dəyişdirərək videoların avtomatik olaraq başlamasına da mane ola biləcək. Beləcə telefonda İnternet paketinizin tükənməməsi üçün videoların avtomatik başlamasına müdaxilə edə biləcəksiniz.

Videoların avtomatik olaraq başlamasını təmin edəcək olan dəyişikliklər Twitter iOS tətbiqi və twitter.com ünvanındakı web versiyası dərhal bu gündən işləyəcək. Twitterin Android tətbiqinə yeniləmə də çox yaxın bir zamanda gələcək.

                                                                                     

Ağasəf Haqverdiyev

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə