“Twitter”də Azərbaycan Prezident Administrasiyasının səhifəsi açılıb

12-04-2011 / 17:59

Azərbaycan Prezidenti Administrasiyası “Twitter” sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Səhifə www.twitter.com/AzerbaijanPA ünvanında yerləşir.

Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter” sosial şəbəkəsində ingilis və Azərbaycan dillərində iki rəsmi səhifəsi var (www.twitter.com/azpresident,www.twitter.com/presidentaz).


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə