Uber Azərbaycan üçün yeni tədbiq yaratdı – Uber Azerbaijan

11-02-2019 / 10:16

Azərbaycanda yeni Uber Azerbaijan tətbiqi fəaliyyətə başladı. Bu tədbiq, istifadəçilərin təkliflərini və bazar təlabatlarını nəzərə alaraq hazırlanmışdır. Məsələn, zəif internet bağlantısı zamanı daha sürətli işləyir, bir gedişdə isə bir neçə ünvan qeyd etmək mümkündür. Tədbiq artıq iPhoneAndroid cihazları üçün mövcuddur. Yeni istifadəçilər 25 fevral tarixinədək, hər bir gediş üçün 30%-dək endirim əldə edəcəklər.

Xeberler.az  bildirir ki, Uber Azerbaijan tədbiqi rastr əvəzinə vektor xəritələrindən istifadə edir, bu isə zəif internet bağlantısı zamanı tətbiqin daha surətli işləməsinə səbəb olur və cihazın yaddaşında əvvəlkinə nisbətən üç dəfə az yer tutur. Bundan əlavə, yeni tədbiqdə əvvəlki versiyada olmayan funksiyalar əlavə olunub. Uber Azerbaijan tətbiqi sifariş üçün müştərinin yaxınlığında yerləşən daha əlverişli nöqtələri tövsiyə edə bilir. Həmçinin yeni tətbiq daxilində siz sürücüyə bəxşiş verə bilərsiniz - bu məbləğ səfərin sonunda kartdan avtomatik tutulacaq.

«Uber Azerbaijan mobil tətbiqində, istifadəçilərin istəklərinə uyğun olaraq, əlavə etdiyimiz yeni xüsusiyyətlərdən biri – dayanacaqlı marşrutlardır. Məsələn, dostları yolüstü ötürmək və ya marketə ziyarət etmək üçün bu imkan faydalı olacaq. Həmin ünvanları tədbiqdə qeyd etdiyiniz zaman, sistem sizin marşrutu təyin edir və dayanacaqları nəzərə alaraq qiymət hesablayır.», – Uber-in Azərbaycan üzrə regional direktoru, Ataman İnce məlumat verir.

Xüsusi olaraq yeni tədbiqinin yaradılması səbəbi ilə Uber Azerbaijan vasitəsi ilə yerinə yetirilən bütün gedişlər endirimli olacaq. Endirim dəyəri, 1 AZN-dən çox olmamaq şərti ilə, 30% kimi təşkil edə bilər və istifadəçi marşrutun son nöqtəsini göstərdikdə, avtomatik olaraq tətbiq olunacaqdır. Təklif 11.02.2019 tarixindən 25.02.2019 tarixinədək keçərlidir. Qeyd edək ki, endirimlər sürücülərin mənfəətinə təsir göstərməyəcək – xidmət şirkətin tərəfindən səfərin tam dəyərinə əsasən kompensə edilir.

Bir müddət sonra əvvəlki Uber proqramı Azərbaycanda fəaliyyətini dayandıracaq – o yalnız xaricdə istifadə edilə biləcəkdir. Uber Azerbaijan tətbiqinə keçid asan və şəffaf olacaqdır. Qeydiyyatdan keçərkən, müştərinin öncədən Uber hesabına bağlı olan nömrəsini qeyd etmək kifayətdir – gedişlərin tarixçəsi, seçilmiş ünvanlar, tədbiqə əlavə olunmuş ödəmə kartları və sifariş hesabatları üçün e-poçt ünvanı, yeni Uber Azerbaijan tətbiqində avtomatik olaraq görünəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə