Uber Azərbaycan üzrə regional direktor təyin etdi

13-06-2018 / 11:10

13 iyun tarixində səfərlərin sifarişi üzrə eynivaxtlı onlayn-servisin yaradıcısı olan beynəlxalq texnoloji kompaniya Uber Ataman İncenin Uber-in Azərbaycan üzrə regional direktoru təyin olunduğunu elan etdi.

Xeberler.az bildirir ki, bu təyinatla cənab İncə Uber brendinin regionda gələcək fəal inkişafı, istifadəçi servisinin təkmilləşdirilməsi, partnyorlar vasitəsilə sürücülərlə yeni iş sxeminin qurulması və böyük partnyorlarla uzunmüddətli qarşılıqlı münasibətlərin yaradılmasına cavabdeh olacaq.

Bu, şirkətin quruluşunda yeni bir vəzifədir və onun yaradılması öncəki komandanın və İnce bəyin regionda qarşısında duran yeni məqsədlərin nəticəsidir. Uber-in Azərbaycanda regional direktoru bilavasitə Uber ML B.V. şirkətində Uber-in maraqlarını qoruyan direktorlar şurasına tabedir.

Qeyd edək ki, regional direktor təyin edilməmişdən öncə, İnce bəy 5 ildən çox Turkcell (Türkiyənin ən böyük mobil operatoru) şirkətində çalışıb və Şərqi Avropa, Mərkəzi Asiya və Qafkaz ölkələrində servisin işinə cavabdeh olub. Onun məsuliyyətlərinə şirkətin yeni bazarlara daxil olma strategiyası, biznesin qurulması və biznes şöbələrinin idarəsi daxil idi. Ataman İnce magistr dərəcəsini Parisin Essec biznes-məktəbində alıb və MBA dərəcəsini Queens biznes-məktəbində (Kanada) qoruyub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə