Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016 / 15:47

Uber Bakıda avtomobili öncədən sifarişetmə xidmətini istifadəyə verib.

Şirktədən Xeberler.az-a verilən məlumata görə, bu gündən etibarən Uber Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetmə imkanını yaradan xüsusi funksiyanı tətbiqində istifadəyə verib.

Qeyd edilib ki, sözügedən funksiya MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunub. Bu funksiya bütün uberX istifadəçiləri üçün keçərlidir.

Bildirilib ki, artıq Uber  tətbiqi vasitəsi ilə istənilən məkana gedişi 15 dəqiqədən -30 günədək öncə sifariş etmək mümkündür. Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.

Gedişi əvvəlcədən sifariş etmək üçün tətbiqə daxil olaraq uberX-i seçmək, avtomobil sifariş olunan və yekun ünvanları qeyd etmək, “gedişi sifariş etmək” düyməsini basmaq, gediş tarixini və zamanını qeyd etmək və sifarişi təsdiqləmək lazımdır.

Sistem sifariş barədə xatırlatmanı və istifadə olunduğu halda dinamik əmsallar haqda məlumatı gediş zamanına 24 saat və 30 dəqiqə qalmış göndərəcək.

“Uber Azərbaycanda 2015-ci ilin aprel ayından geniş istifadəçi kütləsi üçün açıqdır. Bu müddət ərzində şəhərin müxtəlif hissələrində geniş istifadəçi və sürücü-partnyor kütləsini yaratmağa bacardıq. Bakıda Uber xidməti etibarlıdır: hazırda şəhər daxilində avtomobilin lazımi ünvana çatdırılması orta hesabla 4,5 dəqiqə təşkil edir. Buna baxmayaraq, gedişi öncədən planlaşdırmaq imkanı istifadəçilərdən aldığımız ən yayılmış rəylərdən biridir. Bu gündən etibarən qeyd olunan xidmət tətbiqdə yer alacaq. Hesab edirik ki, gedişi öncədən sifariş etmək imkanı xidmətin rahatlığını artıracaq və istifadəçilərin ehtiyaclarına bir qədər də uyğunlaşdırılacaq”, - deyə Uber-in MDB regionu üzrə meneceri Aleksey Stax bildirib.

Uber-i adi gedişlərin sifarişində olduğu kimi öncədən sifarişli gedişlərdən imtina etmək tam pulsuzdur. Avtomobil sifarişə çıxdıqdan 5 dəqiqə sonra imtina prosesi ödənişli olacaq.

Gedişi öncədən sifariş etmək imkanı müəyyən sürücünün seçimini nəzərdə tutmur. Gedişdən bir neçə dəqiqə əvvəl platforma istifadəçiyə ən yaxın məsafədə olan sürücünü aşkar edir və sifariş edilən ünvana göndərir.

Sözügedən xidmətdən yararlanmaq üçün tətbiqin yenilənməsi tələb oluna bilər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə