Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

27-01-2017 / 14:38

Bakıda Uber istifadəçiləri gediş haqqı barədə məlumatı öncədən alacaq.

Bu gündən etibarən Bakıda Uber istifadəçiləri yeni funksiyadan yararlana biləcək.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, istifadəçi tətbiqdə gediş nöqtəsini daxil edəndən dərhal sonra gedişin hesablanmış dəyərini öyrənir, təyinat nöqtəsi dəyişmədiyi halda gediş haqqı artmır.

Yeni funksiyadan istifadə etmək üçün istifadəçi ilk öncə gediş məntəqəsini daxil etməli, tətbiq tərəfindən hesablanmış gediş haqqını təsdiqləməli və sonra avtomobil sifariş etməlidir.

Beləliklə, istifadəçi planlaşdırılan gedişin neçəyə başa gələcəyini əvvəlcədən öyrənir və sonra sifariş barədə qərar verir. Bu qayda istiqamət və yolun uzunluğundan asılı olmayaraq bütün marşrutlar üçün keçərlidir.

“Biz Uber-də göstərdiyimiz xidməti istifadəçilər üçün daim daha rahat və asan etməyə çalışırıq. Əvvəlcədən məlum hesablanmış gediş haqqı istifadəçini hesablamaqdan azad edir və xərcləri tam nəzarətdə saxlamağa imkan yaradır. Əminik ki, gediş haqqının ciblərinə uyğun olmayacağından ehtiyat edən şəxslər belə tətbiqdən istifadə etməyə başlayacaqlar. İndi hər şey öncədən məlumdur, qorxmağa bir səbəb yoxdur”, - deyə Uber-in MDB regionunda baş meneceri Aleksey Stax bildirib.

Uber gediş haqqını bir sıra amilləri nəzərə alan xüsusi alqoritmlər vasitəsilə müəyyən edəcək: təxmini gediş müddəti, sutkanın müəyyən vaxtında seçilmiş istiqamətdə avtomobil sıxlığının ortalama göstəriciləri, məsafə, yaxınlıqda olan sürücülərin və sifariş edənlərin sayı.

Əvvəlcədən hesablanmış qiymət promokod istifadə olunduğu halda gedişin sonunda məbləğ promokodda nəzərdə tutulduğu qədər azalacaq.

Uber-də tariflər partnyor-sürücülərlərə ödəniş prinsipləri kimi dəyişməz qalır.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.