Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

10-03-2017 / 13:38

Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq.

Xeberler.az-ın məlumatına görə, şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti Novruz bayramı ərəfəsində Bakıda birgünlük aksiya keçirəcək.

“Biz Uber ailəsi olaraq hamının bayram şirniyyatlarını necə sevdiyini bilirik. Bu səbəbdən biz Xonça şirniyyat evi ilə əməkdaşlıq edərək sizə ləziz paxlava gətirəcəyik”, - deyə şirkətin məlumatında bildirilir.

Aksiyaya əsasən, 14 mart tarixində hər bir daimi və yeni Uber istifadəçisi saat 11:00-17:00 aralığında tətbiqə daxil olub, “UberNovruz” opsiyasını seçib, ləziz paxlavanı tam ödənişsiz şəkildə əldə edə bilər.

Şirkətin bütün yeni istifadəçiləri paxlava ilə yanaşı 10 manat dəyərində ödənişsiz gediş də əldə edə biləcəklər. Bunun üçün Uber tətbiqini telefona yükləmək və “UberXonca” promokodunu daxil etmək lazımdır.

Bundan başqa, Uber şirkəti sosial şəbəkələrdə də müsabiqə elan edir: aksiyadan yararlanmış istifadəçilər #ubernovruz və #xonca həşteqlərini istifadə edərək “UberNovruz” şəkli ilə paylaşmalı və nəticədə Araz supermarketi, Xonça şirniyyat evi və Uber xidmətindən müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.